Haqqımızda

Biz kimik?

        Servis Palace yüksək həyat standartlarına cavab verməklə yaşam tərzinizə yeni nəfəs qatan premium səviyyəli yaşayış kompleksidir.

          İstirahətiniz üçün geniş imkanlar təklif edən müasir memarlıq struktura malik nüfuzlu yaşayış kompleksində sizin rahatlığınız üçün bütün şərtlər təmin olunub.Servis Palace yaşayış kompleksi müştərilərinə sərfəli qiymətlərlə yüksək keyfiyyətli yaşam standartları vəd edir.Həmçinin, “Dədə Qorqud Parkı”-na 200 metr, “Gənclik” və “28 May” metrolarına isə 500 metr məsafəlik yerləşmə mövqeyi ilə rahat şəhər yaşayış zonası standartlarına tabe olur.

          17 mərtəbəli, 5 binadan ibarət olan Servis Palace müasir şəhərsalmanın ən uğurlu tikinti layihələrindən biridir.Yüksək zövqlə işlənmiş və izolyasiya edilmiş neoklassik üslublu fasad binanın əzəmətli görünüşünü tamamlayır. 3.2 metr hündürlüklü 352 mənzildən ibarət komopleks sakinlərin rahatlığı üçün bütün detallarla təmin edilmiş, texnoloji tərəqqinin ən son yeniliklərindən olan yüksək sürətli İsveçrə brendi “Schindler” markasına məxsus liftlərlə təmin edilib.Blokların girişi, mərtəbələr arası dəhlizlər, pilləkənlər İtaliya və Hindistan istehsalı mərmər daşlarla tamamlanmışdır.

          Premium səviyyəli yaşayış standartlarına uyğun olaraq kompleksin ərazisində ticarət mərkəzi, uşaq bağçası, kinoteatr, restoranlar, fitnes & spa mərkəzi, hipermarket, üzgüçülük mərkəzi mövcuddur.350 yerlik 2 mərtəbəli yeraltı dayanacaq sizi parketmə problemlərindən tamamilə azad edəcək. Alman istehsalı olan yüksək keyfiyyətli pəncərələrinizdən Xəzər dənizinə açılan panorama zövqünüzü oxşayacaq. Təklif etdiyimiz kompleks yüksək ixtisaslı memar konstruktorlar tərəfindən layihələndirilmişdir.

SERVİS PALACE – Layiq olduğunuz həyat!